AZ

Rusiya prezidenti: Əgər NATO qoşunları Ukraynada yerləşərsə, Rusiya onları hədəf alacaq

Putin Rusiyanın mövqeyini və təhlükəsizlik prinsiplərini açıqlayıb...

Poliqon xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, əgər NATO qoşunları Ukrayna ərazisinə daxil olarsa, onlar Rusiya ordusu üçün qanuni hədəf hesab olunacaq.

“Ukraynada sülh əldə olunduqdan sonra Qərb qoşunlarının həmin ərazidə yerləşdirilməsinə ehtiyac qalmayacaq”, deyə Putin vurğulayıb.

Rusiya prezidenti həmçinin qeyd edib ki, Rusiya Ukrayna ərazisindəki hər hansı xarici hərbi fəaliyyətə qarşı sərt mövqe tutur və milli təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmağa hazırdır.

Putinin sözlərinə görə, bu mövqe NATO və digər xarici qüvvələr üçün açıq xəbərdarlıqdır və Rusiya öz sərhədlərinin və strateji maraqlarının müdafiəsində qətiyyətlidir.

Poliqon.info

Seçilən
52
poliqon.info

1Mənbələr