AZ

İsrail Makronun səfərini yersiz hesab edir

İsrailin xarici işlər naziri Gideon Saar fransalı həmkarı Jan-Noel Barrot ilə telefon danışığında Fransanın İsrailin təhlükəsizlik maraqlarına zidd addımlar atdığı bir vaxtda prezident Emmanuel Makronun ölkəyə səfərinin arzuolunmaz olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Saar Barrotu Parisin Fələstin dövlətini tanımaq planlarına yenidən baxmağa çağırıb və belə bir təşəbbüsün Yaxın Şərqdəki vəziyyəti sabitliyi pozacağını və İsrailin milli maraqlarına və təhlükəsizliyinə zərər verəcəyini bildirib.

“Prezident Makronun İsrailə mümkün səfəri ilə bağlı nazir Saar həmkarına bildirib ki, Fransa İsrailin maraqlarına zərər vuran təşəbbüs və səylərini davam etdirdiyi müddətcə belə bir səfər yersizdir”, - İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Saar vurğulayıb ki, İsrail Fransa ilə yaxşı münasibətlər saxlamaqda maraqlıdır. Eyni zamanda o, Parisin İsrailin təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb edən məsələlərdə mövqeyinə hörmət etməsinin vacibliyini qeyd edib.

"Cebheinfo.az" 

Seçilən
91
3
cebheinfo.az

5Mənbələr