Yazını böyüt
Yazını kiçilt
"Lego" şirkəti tarixində ən bahalı komplektin anonsunu verib.
Hafta.az xəbər verir ki, "Ölüm Ulduzu" modeli 999.99 dollara (təxminən 1 700 manat) satılacaq. Konstruktor doqquz mindən çox detalı əhatə edir. Yığıldıqda "Ölüm Ulduzu"nun hündürlüyü 70 sm, eni isə 80 sm olacaq.
Komplektə 38 fiqur daxil edilib. Satışlara oktyabrın 4-dən start veriləcək. /meduza.io/