1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
KIA avtomobil şirkəti bir ay ərzində 80 mindən çox avtomobil sataraq, brendin tarixində ən yaxşı nəticəyə nail olub.
Oxu.Az xəbər verir ki, şirkət 2025-ci ilin avqust ayında 83 007 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.4% çoxdur.
İlin əvvəlindən isə KIA 570 mindən çox avtomobil satıb. Bu, 2024-cü illə müqayisədə 8.4% artım deməkdir.
Ən çox satılan model "KIA Sportage" olub. Avqust ayında bu modeldən 18 023 ədəd satılıb ki, bu da krossover kateqoriyasında rekord göstəricidir.