AZ

Britaniyalı cərrah sığorta üçün ayaqlarını amputasiya etdi - Həbs olundu

BAKI, 5 sentyabr. TELEQRAF

Böyük Britaniya məhkəməsi cərrah Neil Hopperi 32 ay müddətinə azadlıqdan məhrum edib.

Teleqraf xəbər verir ki, o, öz ayaqlarını amputasiya edib və sonra 466 min funt sterlinq sığorta ödənişi alıb.

Nəşrdə qeyd olunur ki, Hopper yanlış məlumat təqdim etməklə dələduzluq üzrə iki ittihamı etiraf edib. O, sığorta şirkətlərinə amputasiyanı özü tərəfindən vurulmuş zədə səbəbindən deyil, sepsis səbəbindən edildiyini bildirib.

"2019-cu ilin aprelində o, ayaqlarını quru buzla elə dərəcədə dondurub ki, onlar həyat qabiliyyətini itirib və amputasiya olunmaq həddinə çatıb", - nəşr yazır.

Cərrah sığortadan aldığı pulu avtofurqon, cakuzi, odun sobası alınmasına və tikinti işlərinə xərcləyib.

Seçilən
41
33
teleqraf.com

10Mənbələr