AZ

Belarusda Polşa casusu saxlanıldı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Belarusun Dövlət Təhlükəsizlik Komitəsi "Qərb-2025" Belarus-Rusiya təlimləri ilə bağlı məlumat toplayan polşalı casusu saxlayıb.

Oxu.Az bu barədə "Belarus 1" telekanalına istinadla xəbər verir.

Məlumata görə, o, Vitebsk vilayətinin Lepel şəhərində tutulub.

Qeyd olunur ki, Polşa vətəndaşı Qjeqoş Qavelin üzərindən "Qərb-2025" təlimləri ilə bağlı sənədin fotosurəti tapılıb.

Sonradan məlum olub ki, 1998-ci il təvəllüdlü kişi Krakovda yaşayır. O, etiraf edib ki, Lepeldə ona təlimlərlə bağlı məlumat əldə etmək tapşırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
oxu.az

1Mənbələr