BAKI, 5 sentyabr. TELEQRAF
Avropa ordularının rəhbərləri Ukraynada 10 mindən çox hərbçidən ibarət qoşunların yerləşdirilməsi üçün ətraflı plan hazırlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti avropalı diplomata istinadən məlumat yayıb.
Quru qoşunlarının iki qrupa bölünməsi nəzərdə tutulur. Onlardan biri Ukrayna hərbçilərinin təlimi və onlara yardım göstərilməsi ilə məşğul olacaq, ikincisi isə, çəkindirmə qüvvəsi kimi Rusiyanın gələcəkdə mümkün müdaxiləsinin qarşısını almaq istiqamətində çalışacaq.
Mənbənin məlumatına görə, Ukrayna səmasında hava patrul xidmətini ölkə xaricində yerləşən hərbi hava qüvvələrinin həyata keçirməsi nəzərdə tutulur. Planın hazırlanmasında amerikalı generallar, o cümlədən NATO-nun Avropadakı birləşmiş komandanlığının rəhbəri iştirak edib.