
Əfqanıstanın şərqindəki Hindukuş dağlarında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 46 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 42 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.