"Hazırda Qəzza şəhərinin 40%-i İsrail Müdafiə Qüvvələrinin nəzarəti altındadır".
Publika.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Efi Defrin brifinq zamanı bildirib.
"Biz Qəzza şəhərinin 40%-nə nəzarət edirik. Yaxın günlərdə əməliyyat genişlənəcək və intensivləşəcək", - İsrail ordusunun sözçüsü bildirib.
Defrin əlavə edib ki, hazırda İDF qoşunları Zeytun bölgəsində və Şeyx Radvan bölgəsinin kənarında manevr edir.