AZ

İsrail Qəzza şəhərinin 40 faizinə nəzarət etdiyini açıqlayıb

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

İsrail Ordusu Qəzza şəhərinin 40 %-nə nəzarəti ələ keçirib və hücum əməliyyatlarını davam etdirmək niyyətindədir.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Efi Defrin bildirib.

"Bu gün Qəzza şəhərinin 40 %-ni nəzarətimizdə saxlayırıq. Yaxın günlərdə əməliyyat genişlənəcək və intensivləşəcək", - o deyib.

Defrinin sözlərinə görə, İsrail radikal Fələstinin HƏMAS hərəkatının silahlı birləşmələrinə hücumunu daim artırmaq niyyətindədir.

"HƏMAS məğlub olana qədər ona təzyiqləri artıracağıq. Onları hər yerdə təqib edəcəyik", - general vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
10
icma.az

10Mənbələr