“İnter” klubu iki gənc oyunçusu – müdafiəçi Xristos Aleksiu və hücumçu Dilan Sarate ilə yeni müqavilələr bağlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu 2029-cu ilin ortalarına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Onlar hazırda “neradzurri”nin gənclər komandasında çıxış edirlər.
Qeyd edək ki, “İnter” yeni İtaliya çempionatına bir qələbə və bir məğlubiyyətlə start verib. İki turun sonunda Milan komandası 3 xalla Seria A turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Növbəti oyunda “neradzurri” Turində “Yuventus”un qonağı olacaq.