BAKI, 4 sentyabr. TELEQRAF
Braziliyalı qapıçı Pixe futzal üzrə həvəskarlar arasında keçirilən turnirdə penalti zərbəsini sinəsi ilə qaytarandan sonra ölüb.
Teleqraf "CNN"ə istinadən xəbər verir ki, qapıçı zərbəni dəf edib, komanda yoldaşları ilə sevincini bölüşmək üçün qaçarkən yıxılıb. Pikse xəstəxanaya çatdırılsa da, həkimlər idmançını xilas edə bilməyiblər.
Ölümün səbəbi hələlik açıqlanmayıb.