AZ

"Real Madrid" Armaninin vəfatı ilə bağlı başsağlığı verdi

"Real Madrid" moda dizayneri Corco Armaninin vəfatı ilə bağlı başsağlığı verib.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

""Real Madrid" futbol klubu, onun prezidenti və direktorlar şurası 2008-ci ildən Milanın "Olimpiya" klubunun sahibi olan və moda dünyasının tarixində ən önəmli və simvolik fiqurlardan biri sayılan Corco Armaninin vəfatı ilə bağlı dərin hüzn içindədir. "Real Madrid" onun ailəsinə, yaxınlarına, klubuna və bütün azarkeşlərinə başsağlığı və sevgisini ifadə etmək istəyir", - məlumatda deyilir.

Seçilən
268
50
publika.az

10Mənbələr