AZ

Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar - Açıqlama

Şorbanı soyuducuda 3-5 gün təhlükəsiz saxlamaq olar.

Milli.Az xəbər verir ki, bunu biyoloq Asiyat Abdullayeva "gazeta"ya bildirib.

Onun dediyinə görə şorbanın saxlanma müddəti tərkibindən və soyuducuda saxlama şəraitindən asılıdır.

  • Tərəvəz və göbələk şorbaları: 3-4 gün
  • Ət və toyuq bulyonları: 4-5 gün
  • Balıq şorbaları: 1-2 gün
  • Süd və krem şorbaları: 2-3 gün

Mütəxəssis qeyd edib ki, şorba iki saatdan çox otaq temperaturunda qalmamalı, sonra +4°C və ya daha aşağı temperaturda saxlanmalıdır. Hər dəfə qaynatmaq saxlanma müddətini 1-2 gün uzada bilər, lakin çox isitmək dad və qida dəyərini azaldır.

Uğurlu saxlama üçün şorbanı kiçik porsiyalara bölmək və konteyneri kip bağlı saxlamaq tövsiyə olunur. Əgər şorba 5 gündən çox saxlanacaqsa, onu 2-3 ay müddətinə dondurmaq daha məqsədəuyğundur.

Mütəxəssis vurğulayır: şorbanın dadı, qoxusu və rəngi şübhəli görünürsə, onu yeməkdən çəkinmək lazımdır.

İsmayıl
Milli.Az

 
Seçilən
6
32
milli.az

10Mənbələr