AZ

Sumqayıtda kişi tanışının qulağını dişləyərək qopardı

Sumqayıtda bir nəfər tanışının qulağını dişləyərək qoparıb.

Moderator.az "Report"a istinadən məlumat verir ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nurlan Arif oğlu Bayramovla tanışı arasında mübahisə zamanı dava düşüb.

Hadisə zamanı Nurlan Bayramov tanışı Zaur adlı şəxsin qulağını dişləyərək qoparıb.

Məlumata görə, zərərçəkənin xəsarətlərinin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub.

Əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Seçilən
67
23
moderator.az

10Mənbələr