AZ

Bakıda kişi TikTok a görə arvadının burnunu qırdı

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda kişi "TikTok"-a görə arvadını döyüb.

"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir  ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

39 yaşlı Namiz Səfərov (soyad şərtidir) yaşadıqları evdə telefonda uca səslə "TikTok" videolarına baxan arvadı Ayselə narazılıq edib.

O, arvadına telefonun səsini azaltmasını və ya qulaqcıq taxmasını bildirib. Lakin aralarında yaranan mübahisə zamanı Namiz yumruqla arvadının sifətinə xəsarət yetirərək, burnunu sındırıb. Qadın bir müddət sonra ağrılardan şikayət etdiyi üçün onu Sabunçu Tibb Mərkəzinə aparıb.

Hadisə gecə 00:30-da, ailənin 3 uşağının yanında baş verib.

Faktla bağlı Namiz Səfərov barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. İstintaq zamanı qadın əri ilə barışdığını və ona qarşı şikayəti olmadığı üçün, cinayət işinə xitam verilməsini xahiş edib.

Suraxanı rayon Məhkəməsində hakim Pərviz Muradovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi xitam verilib və o, məsuliyyətdən azad edilib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
6
cebheinfo.az

7Mənbələr