AZ

Qardaş ölkədə TERROR: çox sayda ölü və yaralı

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Pakistanda mitinq keçirilən ərazinin yaxınlığında baş verən partlayış nəticəsində 11 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Milli.Az xəbər verir ki, hadisə Bəlucistan vilayətinin paytaxtı Kvettadakı Şahvani stadionu qarşısında, mitinqin bitməsindən qısa müddət sonra qeydə alınıb.

Partlayışın səbəbi hələlik açıqlanmayıb, lakin ilkin məlumatlara görə, hadisənin terror aktı olduğu ehtimal edilir. Heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, partlayışın baş verdiyi mitinq Bəlucistan Milli Partiyası tərəfindən təşkil olunmuşdu. Partiyaya keçmiş baş nazir Sərdar Axtar Menqal rəhbərlik edir.

Asya

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
3
news.milli.az

4Mənbələr