AZ

Londonun mərkəzində sürücü ikimərtəbəli avtobusu piyadaların üzərinə sürdü

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində ikimərtəbəli avtobusun piyadaların üzərinə sürülməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

"Avtobusun sürücüsü xəsarət alıb, bir neçə sərnişin xəstəxanaya aparılıb. Hadisə nəticəsində piyadaların da xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir", - nəşr qeyd edir.

Görüntülərdə avtobusun yolun hərəkət hissəsindən səkiyə çıxdığı görünür. Onun ön şüşəsi sınıb. Hadisə yerinə həkimlər və yanğınsöndürənlər gəliblər. Qəzanın səbəbləri barədə məlumat verilmir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
oxu.az

1Mənbələr