AZ

"Huawei" Azərbaycanda süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı strategiyalarına dəstək olmaqda maraqlıdır

Bakı. Trend:

Gələcək nəsil istedadlarını akademiyalar vasitəsilədəstəkləyərək və bu gələcək nəsil istedadları vasitəsiləAzərbaycanda daha güclü iqtisadi mərkəz yaratmağa başlamaqolar.

Bunu "Huawei" şirkətinin baş icraçı redaktoru Allen QavinBeynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC)Dünya Finalı 2025 kuluarlarında Trend-əaçıqlamasında deyib.

O, "Huawei"in artıq iki onillikdir ki Azərbaycanla əməkdaşlıqetdiyini xatırladıb və daha sonra hədəflərdən danışıb:

"Huawei" Azərbaycan tərəfindən müəyyən edilmiş süni intellekt vərəqəmsal iqtisadiyyatın inkişafı strategiyalarına dəstək olmaq,ekosistemi qurmaq üçün həqiqətən maraqlıdır. Heç nəyi tərəfdaşlıqvə əməkdaşlıq olmadan qura bilməzsiniz, yalnız bizneslər və dövlətorqanları arasında deyil, həm də universitet şəbəkələri və dahageniş ekosistem daxilində əməkdaşlıq vacibdir.

Biz bütün bu sahələrdə iştirak etməkdə maraqlıyıq. Gələcək nəsilistedadlarını akademiyalar vasitəsilə dəstəkləyərək və bu gələcəknəsil istedadları vasitəsilə Azərbaycan bölgəsində daha güclüiqtisadi mərkəz yaratmağa başlamaq olar".

A.Qavin "Huawei"nin qlobal təcrübəsi əsasında Azərbaycandakibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsinə və rəqəmsaltransformasiyanın inkişafına necə töhfə verə biləcəyindən bəhsedib:

"Həqiqət budur ki, "Huawei"in təcrübəsinin töhfəsi, ümid edirikki, bizim sahib olduğumuz təcrübə, innovasiyalar və texnologiya ilətəmin olunur. Bizdə artıq 140 000-dən çox aktiv patent mövcuddur.Lakin bu, çoxtərəfli bir prosesdir, yəni biz töhfə verərkən, eynizamanda, Azərbaycandakı gənc insanlar, hökumət və institutlardanaldığımız dəstək vasitəsilə özümüz də böyük təcrübə əldə edirik.Bu, qarşılıqlı fayda yaradır".

Şirkət rəsmisi "Huawei" və Azərbaycan arasında birgətəşəbbüslərin yerli İKT istedadlarının və innovasiyaekosistemlərinin inkişafına necə töhfə verə biləcəyinidəyərləndirib:

"Bizim bir sıra təşkilati proseslərimiz var. Məsələn, təcrübəproqramları, usta-tələbə proqramları, təlim düşərgələri,müsabiqələr, akademiya və universitetlərə dəstək, həmçinin,universitet müəllimləri üçün 5G və süni intellekt sahəsində təlimproqramları. Bütün bunlar əməkdaşlıq səyləridir və düşünürəm ki,bu, həm "Huawei" şirkəti üçün, həm də Azərbaycan üçün qarşılıqlıfaydalı bir baza yaradır. Əlavə olaraq qeyd etmək istəyirəm ki,Azərbaycanda "Huawei"də işləyən insanların əksəriyyətiazərbaycanlıdır, yəni bu onlar və biz deyil, bizik".

"Məncə, əməkdaşlıqda əsas məqam açıq olmaq, daima paylaşmaqdır,sadəcə kiməsə nə etməli olduğunu söyləmək yox. Bəli, göstəriş verəbilərsiniz, amma ICPC-də olduğu kimi, siz daima başqalarındanöyrənirsiniz. Biz bir sıra patentlər, 5G təcrübəsi və biliklərinkişaf etdirmişik, lakin daima öyrənir və uyğunlaşırıq, buna görəpatentlərimizə əlavə edirik", - deyə A.Qavin fikriniyekunlaşdırıb.

Seçilən
54
1
az.trend.az

2Mənbələr