AZ

Bilik Günü bu "məktəb"ə gedəcəklər - FOTO

Bilik Gününə sayılı günlər qalmış Yardımlı rayonu Deman kəndində yerləşən "məktəb" görünüşü ilə diqqət çəkib. 

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar paylaşılıb.  

Bildirilib ki, Deman kəndindəki ibtidai məktəb Yardımlı rayon Nazim Cəfərov adına Avaş kənd tam orta ümumtəhsil məktəbinin filialıdır. 

Taxtadan düzəldilmiş vaqon - sinifdə 4 parta mövcuddur. İbtidai sinfi bitirən məktəblilər 5-11-ci siniflərdə oxumaq üçün 8 kilometr uzaqda yerləşən Avaş kənd tam orta məktəbinə getməlidirlər. 

Ağarza Elçinoğlu 

Seçilən
27
38
unikal.az

10Mənbələr