AZ

Azarkeş var-dövlətini Neymara vəsiyyət etdi: Məbləğ nə qədərdir?

Braziliya mediası maraqlı hadisə barədə məlumat yayıb.

Publika.az xəbər verir ki, Braziliya millisinin azarkeşi rəsmi şəkildə vəsiyyət yazaraq bütün əmlakını Neymarın adına keçirib. Sənəd Porto-Aleqredə notariat kontorunda təsdiqlənib.

Adının açıqlanmasını istəməyən azarkeş qərarını futbolçu ilə güclü bağlılıq hiss etməsi ilə izah edib. Onun sözlərinə görə, Neymarla oxşar ailə hekayələri və həyat dəyərləri onları birləşdirir. Bundan başqa, o, ölümündən sonra əmlakının münasibətləri yaxşı olmayan qohumlarına və ya dövlətə qalmasını istəməyib.

Bəzi mediada azarkeşin biznesmen olduğu və Neymarı 1 milyard dollar mirasla təmin etdiyi iddia olunub.

Lakin "Reuters" də daxil olmaqla ciddi mənbələr bu rəqəmi təsdiqləmir. Hazırda yalnız vəsiyyətin mövcudluğu məlumdur, lakin mirasın miqdarı barədə konkretlik yoxdur.

Seçilən
114
publika.az

1Mənbələr