AZ

Beynəlxalq Avrasiya Mətbuat Fondu 33 illiyini qeyd edir

Bakı. Trend:

Bu gün BMT-nin Əsas Məşvərətçi statuslu üzvü olan BeynəlxalqAvrasiya Mətbuat Fondunun (BAMF) yaranmasından 33 il keçir. BAMF1992-ci il sentyabrın 4-də müstəqil beynəlxalq qeyri-hökuməttəşkilatı olaraq dövlət qeydiyyatına alınıb.

Trendxəbər verir ki, BAMF media və vətəndaş cəmiyyətinin inkişafı,sülhməramlı aksiyalar və münaqişələrin həlli, qaçqın və məcburiköçkünlərlə iş, icmaların inkişafı və təhsil istiqamətlərindəfəaliyyət göstərir. 1992-ci ildən fəaliyyət göstərən Fond medianıninkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına vəinformasiya şəffaflığının təşviqinə mühüm töhfələr verib.

Təşkilat öz statusundan istifadə edərək müxtəlif istiqamətlərdə,xüsusilə, Azərbaycanın tarixi reallıqlarının çatdırılması ilə bağlıBMT-nin Cenevrə, Nyu York, Vyana ofislərində və digər nüfuzlubeynəlxalq auditoriyalarda mütəmadi olaraq silsilə tədbirlər,paralel sessiyalar keçirir. BAMF-ın 33 illik fəaliyyətinin əsashissəsi müharibədən zərərçəkmiş və işğaldan azad olunmuş regionlarasəfirlərin, xarici diplomatların, jurnalistlərin, tələbələrinsəfərlərinin təşkili, orada yaşayan qaçqın və məcburi köçkünlərindiqqətdə saxlanılması, sosial-humanitar layihələrin icrası və s.olmuşdur.

BAMF BMT qurumları, Avropa Komissiyası, Amerikanın DövlətDepartamenti, Dünya Bankı, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrəAvropa Şurasının (ECRE), Beynəlxalq Mətbuat İnstitutu, BeynəlxalqMətbuat İnstitutu (BMİ), Beynəlxalq Sülh Bürosu, BeynəlxalqJurnalistlər Federasiyası kimi beynəlxalq nüfuzlu təşkilatlarla,bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakısəfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerlivə beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqçərçivəsində fəaliyyət göstərir.

Seçilən
101
7
az.trend.az

8Mənbələr