AZ

Pambığa görə məhsul subsidiyasının miqdarı artırılıb

Aqrar Subsidiya Şurası 2026-cı təsərrüfat ilində pambığa görəməhsul subsidiyasını artırmaq barədə qərar qəbul edib.

Qərara əsasən, müasir suvarma sistemləri ilə TƏMİN OLUNMUŞ əkinsahələrində becərilmiş və tədarük məntəqələrinə təhvil verilmişpambığın hər tonuna görə fermerlərə 215 manat subsidiyaödəniləcək.

Müasir suvarma sistemləri ilə TƏMİN OLUNMAMIŞ əkin sahələrindəbecərilərək tədarük məntəqələrinə təhvil verilmiş pambığın hərtonuna görə isə fermerlər 200 manat subsidiya alacaqlar.

Pambığa görə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam,Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala,Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına,habelə Cəlilabad rayonun Günəşli və Təzəkənd kəndlərinə və Ucarrayonunun Xələc kəndlərinin əkin sahələrində becərilən pambığa görəveriləcək.

2026-cı təsərrüfat ilində EKTİS-ə daxil edilmiş məlumatlar vəsənədlər əsasında hesablanmış orta məhsuldarlığı 15 sent/ha və dahaaşağı olan fermerlərə, habelə bir fermer üzrə orta məhsuldarlığın60 sent/ha-dan yuxarı olan hissəsinə görə məhsul subsidiyasıödənilməyəcək.

Fermerlər Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərarın tammətni ilə aşağıdakı linkdən(https://www.akia.gov.az/az/content/255-281.html) tanış olabilərlər.

Seçilən
19
17
az.trend.az

4Mənbələr