AZ

İCPC: Azərbaycanda universitetlərdə texnologiya sahəsində inkişaf var

Azərbaycanın ali təhsil müəssisələrində qiymətləndirmələr aparmışıq və burada enerji və inkişaf potensialı açıq şəkildə görünür.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ICPC Fondunun prezidenti Bill Pouçer deyib.

O qeyd edib ki, universitetlərdə yalnız akademik deyil, həm də enerji və fürsət yönümlü mühit mövcuddur:

“Buraya yeni həyat gətirmək bizim işimizdir və tələbələrdə gördüyüm enerji bizi nikbin edir. Azərbaycanda universitetlərin digər sahələrdə olduğu kimi texnologiya və proqramlaşdırma sahəsində də inkişaf etdiyi müşahidə olunur”.

Tədbirdə çıxış edən millət vəkili və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib ki, ölkədə İT sahəsində maddi-texniki baza gücləndikcə, beynəlxalq yarışlarda iştirak edən komandaların da nəticələri yaxşılaşır:

“Bu il iki Azərbaycan komandası ICPC Dünya Finalında iştirak hüququ qazanıb. Bu artıq müsbət dinamikanın göstəricisidir. Ümid edirik ki, gələcək illərdə Azərbaycan komandalarının sayı artacaq”.

Seçilən
9
4
apa.az

5Mənbələr