Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
Birinci Liqa təmsilçisi "Ordu" növbəti mövsümə hazırlıq çərçivəsində keçirdiyi son yoxlama oyununda "Dİfai" komandasını 2:1 hesabı ilə yenib. Paytaxt komandasının görüşdəki qollarını "Hərbçilər"in baş məşqçisi İlham Yadullayev ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a dedikləri belə oldu:
"Toplanış ərəfəsində sonuncu yoxlama gorüşü idi. Liqaya nə qədər hazır olduğumuzu bilmək baxımından vacib oyun idi. Rəqib də yaxşı komandadır. 2:1 qalib gəldik. Qollarımızı Seyhan Fərəcov və Elmar Məmmədov vurdu. Ümumən komandanın göstərdiyi oyundan razı qaldım.
Çempionatqabağı son həftəni "Şahdağ Qusar"la görüşə həsr edəcəyik. Rəqib I Liqanın debütantı olsa da, mübariz komandadır. Rahid Əmirquliyev yaxşı heyət formalaşdırıb. Çalışacağıq çempionata uğurlu start verək".
Qeyd edək ki, gələn həftə start götürəcək çempionatın ilk turunda "Şahdağ Qusar"la qarşılaşacaq "Ordu"nu İlham Yadullayev yeni çalışdırır.
Mirağa
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.