AZ

Daha bir ulduz "Qarabağ"a qarşı oynaya bilməyəcək

Daha bir ulduz futbolçu Çempionlar Liqasında "Qarabağ"a qarşı oynaya bilməyəcək.

Publika.az xəbər verir ki, "Liverpul"un vingeri Federiko Kyeza ən azı qışa qədər qitənin bir nömrəli klub turnirində iştirak edə bilməyəcək. Mersisayd klubu 27 yaşlı italiyalını avrokuboklarda iştirak üçün UEFA-ya təqdim etdiyi 22 nəfərlik heyətə daxil etməyib.

Cari mövsümdə Kyeza 3 oyunda meydana çıxıb və 1 qol vurub. Ötən mövsüm isə onun aktivində "qırmızılar"ın heyətində 14 oyunda 2 qol və 2 qol ötürməsi var.

Qeyd edək ki, "Qarabağ"ın başqa bir rəqibi "Napoli" hücumçusu Romelu Lukakunu zədə səbəbindən Çempionlar Liqası oyunları üçün sifariş etməyib.

Seçilən
37
publika.az

1Mənbələr