AZ

Həkimlərin xəbərdarlığı reallaşdı: Türkiyə çimərliklərində turistlərə qəribə virus "hücum etdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə istirahət edən rusiyalı turistlər ölkənin çimərliklərində yoluxduqları qəribə virusdan şikayətləniblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, zərərçəkənlər dənizdə çimdikdən sonra sağlamlıq vəziyyətlərinin qəfil pisləşdiyini bildiriblər. Xəstələnən insanlarda qusma, zəiflik və 38 dərəcədən yuxarı qızdırma halları müşahidə olunub. Bir qadın əri ilə birlikdə kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya düşüb.
Qeyd edilib ki, Alanyanın klinikalarına oxşar əlamətlərlə müraciət edən turist axını müşahidə olunur. Zəhərlənmələr, həmçinin Belek bölgəsində də qeydə alınıb. Belekdə hotellərdən birində dincələn ailə davamlı qusma şikayəti ilə təcili tibbi yardıma müraciət etməli olub. Evlərinə qayıdan daha bir neçə rusiyalı ailədə bağırsaq infeksiyası aşkarlanıb.
Bildirilib ki, Mərmərə, Egey və Aralıq dənizi sahillərində "Vibrio parahaemolyticus" və "Vibrio vulnificus" bakteriyalarının DNT-ləri aşkarlanıb.
Tibb işçilərinin sözlərinə görə, bakteriyalar isti duzlu suda çoxalırlar, onlardan biri - "Vibrio cholerae" isə ağır diarreya (ishal) və susuzlaşma ilə müşayiət olunan vəba yarada bilər.
Bəzi ştamlar, xüsusilə "Vibrio vulnificus" dərinin təhlükəli infeksiyalarına, o cümlədən nekrotik fasiitə səbəb ola bilər ki, bu, "ət yeyən bakteriya" kimi tanınır.
"Vibrio parahaemolyticus" bakteriyasına dəniz məhsullarında, əsasən də çiy istiridyədə rast gəlinir və bu, qarında ağrılara, qusmaya, ishal və qızdırmaya, immunitet zəif olduqda isə sepsisə də gətirib çıxara bilir.
Seçilən
16
9
oxu.az

10Mənbələr