AZ

Zelenski Parisdədir

Ukrayna prezidenti Vladimir Zelenski “istəklilər koalisiyası”nın görüşü üçün Parisdəki Yelisey Sarayına gedib.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, sarayın astanasında Ukrayna liderini Fransa prezidenti Emmanuel Makron qarşılayıb. Siyasətçilər əl sıxaraq dərhal içəri keçiblər.

Qeyd olunur ki, tədbirdə 39 ölkədən nümayəndələr iştirak edəcəklər.

Xüsusilə, Zelenski, Makron və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff görüşdə şəxsən iştirak edəcəklər. Daha sonra liderlər ABŞ prezidenti Donald Trampa da zəng etməyi planlaşdırırlar.

Nuriyyə NATİQQIZI

Seçilən
75
50
redaktor.az

10Mənbələr