AZ

ABŞ Ordusu təxminən 10 milyard dollar dəyərində PAC-3 MSE raketləri alır

ABŞ Ordusu “Lockheed Martin” şirkətinə 1970 ədəd “Patriot Advanced Capability – 3 Missile Segment Enhancement” (PAC-3 MSE) tutucu raketi və əlaqəli avadanlıqların istehsalı üçün 9.8 milyard dollar dəyərində müqavilə verib.

“Poliqon” xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkəti məlumat yayıb.

Bildirilib ki, bu, “Lockheed Martin Missiles and Fire Control” tarixində ən böyük müqavilədir və PAC-3 MSE tutucu raketinə olan davamlı tələbi və etibarı nümayiş etdirir.

Artan tələbi qarşılamaq üçün PAC-3 istehsalını davam etdirən “Lockheed Martin”in 2025-ci ildə ilk dəfə 600-dən çox tutucu raket çatdırması gözlənilir.

mfc

Seçilən
93
poliqon.az

1Mənbələr