AZ

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə "Unikal"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 5 tüfəng, 2 patron darağı və 9 ədəd patron aşkar edərək götürüblər.
 

Seçilən
23
49
unikal.az

10Mənbələr