AZ

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

Finss.az - Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl və gümüş üzrə fyuçerslərin qiymətləri enib.

Qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 1,3% azalaraq 3 588,22 ABŞ dollarına düşüb.

Gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 1,69% azalaraq 41,35 ABŞ dolları təşkil edib.

Qiymət azalması qlobal əmtəə bazarlarında dolların möhkəmlənməsi və investorların riskli aktivlərə yönəlməsi ilə izah olunur.

Seçilən
383
6
fins.az

10Mənbələr