AZ

London Ukraynaya 1 milyard funt dəyərində hərbi yardım göstərib

Bunun üçün Britaniya Rusiyanın dondurulmuş aktivlərindən istifadə edib...

Poliqon xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevə səfəri zamanı bildirib ki, Ukraynaya silah və digər hərbi dəstək Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına ödənilib. Rəsmi məlumatda qeyd olunur ki, ümumi dəstək 1 milyard funtdan çox olub.

Məlumata görə, bu vəsait “yüz minlərlə artilleriya sursatı, yüzlərlə zenit raketi” və hərbi texnika üçün ehtiyat hissələrin tədarükünü təmin edib. Həmçinin, vəsait “avadanlıq və nəqliyyat vasitələrinin xidmət və təmiri üçün yeni müqavilələrin bağlanmasına” yönəldilib.

Nazir əlavə edib ki, son 50 gündə Ukraynaya 4,7 milyon ov silahı patronu, 60 min artilleriya mərmisi, 2,5 mindən çox dron, 200 elektron müharibə sistemi, 100 ədəd yüngül silah və 30 avtomobil təqdim edilib. Con Hili bildirib ki, bu il Britaniya tərəfindən Ukraynaya hərbi dəstəyə ümumilikdə 4,5 milyard funt ayrılıb.

Poliqon.info

Seçilən
89
poliqon.info

1Mənbələr