
Argentinada 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri təxminən 512 min insanın yaşadığı Salta şəhərindən 183 km qərbdə yerləşib.
Məlumatda qeyd olunub ki, zəlzələnin ocağı 192 km dərinlikdə olub.