AZ

Gənc Tamaşaçılarda yeni mövsümə dair görüş keçirildi

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin toplantısı keçirilib.

Yenisabah.az xəbər verir ki, görüşdə teatrın direktoru Naidə İsmayılzadə kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib.

Direktor növbəti ildə hazırlanacaq yeni səhnə əsərlərindən, kollektiv iş prosesinin vacibliyindən söhbət açıb: pizza

“Ötən mövsümdə sənət ocağı yeddi yeni tamaşa təqdim edib. Həmçinin teatrın bölgə və festivallara uğurlu qastrol səfərləri reallaşıb. Növbəti aylarda teatrımızda Mirzə Fətəli Axundzadənənin “Hacı Qara” pyesi əsasında eyniadlı səhnə əsərinin, eləcə də uşaqlar üçün nəzərdə tutulan “Küllücə” nağılı əsasında eyniadlı tamaşanın məşqlərinin başlanılması nəzərdə tutulur”.

Teatrın yaradıcı heyəti səmərəli fəaliyyətlərinə görə tərəfdaşlar tərəfindən təsis edilmiş diplom və mükafatlarla təltif olunublar.

Milli Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 19-da saat “Solğun çiçəklər” tamaşası ilə açacaq.

Yanıtla


Telegram kanalımız
Seçilən
68
7
yenisabah.az

9Mənbələr