AZ

Aİ Qrenlandiyaya maliyyə dəstəyini iki dəfə artırmağı planlaşdırır

Avropa Komissiyası 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə layihəsində Qrenlandiya kimi dənizaşırı ərazilərə ayrılan maliyyə dəstəyini ikiqat artırmağı planlaşdırır.

APA "AFP"yə istinadən xəbər verir ki, yeni büdcə çərçivəsində Qrenlandiyaya 530 milyon avro dəstək ayrılması nəzərdə tutulur ki, bu da mövcud dövrlə müqayisədə iki dəfədən çoxdur.

Ümumilikdə, Avropa İttifaqının icra orqanı 2028–2034-cü illərdə Aİ ilə əlaqəli 13 dənizaşırı ölkə və əraziyə, o cümlədən Fransız Polineziyasına təqribən 1 milyard avro dəstək ayrılmasını təklif edir.

Seçilən
139
1
apa.az

2Mənbələr