Demokrat.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, buna səbəb Gülnarə Abdullayevanın rəhbəri olduğu məktəbin ümumilikdə dövlətə 36 158.19 manat borcunun yaranması olub.
1960-cı il təvəllüdlü Gülnarə Heybət qızı Abdullayevanın direktoru olduğu 11 nömrəli xüsusi internat məktəbinin Dövlət Sosial Müdafiə Fonduna 17 477.31 manat, İşsizlikdən Sığorta Fonduna 2 905.8 manat, İcbari Tibbi Sığorta Fonduna 15 755.08 manat borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə Gülnarə Abdullayevanın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Toyuqlu pizza
Xatırladaq ki, Gülnarə Abdullayeva barəsində 2021-ci ildə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəyib, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.
10Mənbələr
-
7news.az65 yaşlı direktora "stop" qoyuldu - Sığorta pullarını ödəməyib... ( 20999890)
-
yenisoz.azİnternat məktəbinin direktoru Gülnarə Abdullayeva qadağa ( 20995585)
-
yenisabah.az65 yaşlı direktora qadağa qoyuldu - Sığorta pullarını ödəməyib... ( 20991340)
-
demokrat.az65 yaşlı direktora qadağa qoyuldu — Sığorta pullarını ödəməyib... ( 20988637)
-
konkret.azBu məktəbin direktoruna qadağa qoyuldu SƏBƏB KONKRET ( 20985085)
-
qaziler.az65 yaşlı direktora qadağa qoyuldu - Sığorta pullarını ödəməyib ( 20983462)
-
olke.az65 yaşlı direktora qadağa qoyuldu - Sığorta pullarını ödəməyib... ( 20983000)
-
tribunainfo.az65 yaşlı direktora qadağa qoyuldu – Sığorta pullarını ödəməyib… ( 20982313)
-
pravda.az65 yaşlı direktora qadağa qoyuldu - Sığorta pullarını ödəməyib... ( 20981770)
-
konkret.azBu məktəbin direktoruna qadağa qoyuldu — SƏBƏB ( 20981761)