AZ

“Neftçi”dən ayrılan futbolçu “Sumqayıt”a keçdi

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

"Cebheinfo.az" xəbər verir ki, sözügedən klub ötən mövsümü “Neftçi”də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb.

Təcrübəli müdafiəçi 3 nömrəli formada çıxış edəcək. 

2020/21 mövsümündə “Sumqayıt”la bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm bu komandanın şərəfini qoruyub. Komandanın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az" 

Seçilən
23
15
cebheinfo.az

10Mənbələr