Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artdı
Əfqanıstanda avqustun 31-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 457 nəfərə çatıb, ən azı 3 394 əfqan isə yaralanıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət "X" hesabında məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 6 782 ev dağılıb.
Qeyd edək ki, daha əvvəl Əfqanıstan hakimiyyəti 1411 ölən və 3124 yaralı barədə məlumat vermişdi.