AZ

Sosial şəbəkələrdən qadınların şəxsi məlumatlarını ələ keçirən şəxs belə saxlanıldıVİDEO

"TikTok", "İnstaqram" və bu kimi sosial şəbəkələrdə qadınların səhifələrinə kiberhücumlar edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən sosial şəbəkə və digər onlayn platformalarda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyat-profilaktik tədbirlər davam etdirilir. Növbəti tədbir zamanı "Tik-Tok", "Instaqram" və bu kimi sosial şəbəkələrdən istifadə edən qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirən 22 yaşlı Rəşad Məmmədov saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, Rəşad Məmmədov zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşıb. Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan Rəşad Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Rəşad Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.

Rəşad Məmmədovun bu kimi qanunsuz hərəkətləri nəticəsində zərərçəkən digər şəxslərin də dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
12
45
xezerxeber.az

10Mənbələr