1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Şanxay Əməkdaşlıq Təşkilatının sammitində üzv və tərəfdaş ölkələrin birinci şəxslərinin görüşləri keçirildi. Qərb və Şərq arasında diplomatik və iqtisadi qarşıdurma fonunda dünya iqtisadi və siyasi əməkdaşlığı üçün yeni perspektivlər müəyyən olundu. Şanxay Əməkdaşlıq Təşkilatının üzvü və ya tərəfdaşı olan ölkələr təhlükəsizlik, iqtisadi-ticarət və hərbi-kəşfiyyat sahələrində əməkdaşlığı dərinləşdirməyi hədəfləyirlər".
Bu fikirləri Oxu.Az-a açıqlamasında gürcüstanlı politoloq Giorgi Qoqua deyib.

O bildirib ki, bu sammit dövlətlərarası münasibətlərdə yeni perspektivlərin ortaya çıxması, artan geosiyasi rəqabət və zəif beynəlxalq təhlükəsizlik fonunda möhkəm istiqamət və həllərin axtarışı ilə bağlıdır:
"Cənubi Qafqazdan Azərbaycan və Ermənistanın dəvət olunması isə son aylarda bu iki ölkənin nümayiş etdirdiyi sülh siyasətinin davamıdır. Ermənistanın iqtisadi perspektivləri və bu təşkilatla əlaqələri praktiki olaraq Azərbaycan olmadan təsəvvür edilə bilməz. Çünki Azərbaycan Orta Dəhliz nəqliyyat marşrutunda əsas oyunçudur və onun iştirakı və xoş məramı olmadan Ermənistanın bu istiqamətdə perspektivləri mümkün deyil. Zəngəzur dəhlizi də açılmasaydı, Ermənistan ümumiyyətlə Çin və dolayısı ilə Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətləri (İranda istisna olmaqla) üçün maraqsız olardı".
"Ümumiyyətlə, Çin Cənubi Qafqazı vahid kontekstdə qiymətləndirir və burada ölkələrin bir-birinə qarşı olan maraqları onun üçün o qədər də önəmli deyil. Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı subyekti olan Çin, mallarının Qafqaz regionu vasitəsilə Avropaya maneəsiz və artan şəkildə nəqlini təmin etmək üçün bütün mümkün yolları tapmağa çalışacaq. Çin bunu ABŞ-nin Cənubi Qafqazdakı artan rolunu balanslaşdırmaq və neytrallaşdırmaq üçün edir və bu istiqamətdə Rusiya və Hindistanın da dəstəyindən yararlanır", - deyə analitik əlavə edib.
Mərahim Nəsib