AZ

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir

1 sentyabr 2025-ci il tarixində Bakıda dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalının açılış mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində baş tutan tədbir ölkəmizdə ilk dəfə təşkil edilən dünya finalı ilə tarixə düşüb.

Qeyd edək ki, ICPC dünya finalı Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ICPC Azərbaycan icmasının əməkdaşlığı və PAŞA Holding-in dəstəyi ilə gerçəkləşir. Kapital Bank isə PAŞA Holding-in daxilində bu mühüm qlobal layihədə fəal iştirak edir.

Açılış mərasimində ICPC Fondunun prezidenti Bil Pouçer builki yarışa 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçinin qatıldığını bildirib. Onlar 3 307 universiteti və 93 şirkəti təmsil edərək yarışların seçim mərhələlərində iştirak ediblər. Nəticədə dünyanın ən güclü tələbə proqramçılarından ibarət 148 komanda final mərhələsinə vəsiqə qazanaraq Bakıya toplaşıb.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bu mötəbər yarışın Bakıda keçirilməsini Azərbaycanın texnoloji tərəqqisinin göstəricisi, beynəlxalq əməkdaşlığa açıqlığının nümunəsi adlandırıb. O vurğulayıb ki, bu təcrübə gənclərin ölkənin texnoloji gələcəyinin formalaşdırılmasına və maliyyə sektorunun mürəkkəb çağırışlarının həllinə mühüm töhfə verəcək.

Seçilən
76
29
publika.az

10Mənbələr