AZ

Gədəbəydə dağlıq ərazidə yanğın olub - VİDEO

Gədəbəy rayonunda dağlıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Dördlər kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Relyefin mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 5 ha sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

"Cebheinfo.az" 

Seçilən
36
34
cebheinfo.az

10Mənbələr