Donald Trampın şəxsi ordusu və ABŞ-da demokratiyanı məhv etmək planı: 47% tamamlandı
Ajans.az xəbər verir ki, Tramp bunun üçün İmmiqrasiya və Gömrük Mühafizəsini (ICE) “şəxsi orduya” çevirməkdədir. Qəbul edilmiş “Böyük Gözəl Qanun” sayəsində ICE-nin büdcəsi üç dəfə artırılıb və hazırda 28,7 milyard dollara çatıb. Bu, təxminən 100 min qeyri-qanuni immiqrantı saxlamağa imkan verir. Ekspertlər qeyd edirlər ki, bu addımlar Trampın seçicilərə verdiyi vədlərlə üst-üstə düşür. Respublikaçıların əsas ideoloji planı olan Layihə 2025 bütün federal hakimiyyətin prezidentin nəzarəti altına alınmasını nəzərdə tutur. Plan Heritage Foundation mühafizəkar beyin mərkəzinin koordinasiyası ilə hazırlanıb. Jurnalist David A. Graham-ın “The Project” adlı kitabında bildirildiyi kimi, Layihə 2025 sadəcə islahatlar toplusu deyil, həm də “Amerika ideyasına qarşı ideoloji hücum”dur. Planın ideoloqlarından biri, özünü “xristian millətçisi” adlandıran Russell Vought ailə dəyərlərini, ağların və xristianların üstünlüyünü mərkəzə qoyan yanaşmanı təbliğ edir. Məlumata görə, planın icrası artıq 47 faiz tamamlanıb. Son tədbirlər sırasında alternativ ailə planlaşdırması üsullarının dövlət maliyyələşməsindən çıxarılması da var. Veltri vurğulayır ki, Trampın məqsədi ABŞ prezidentinə məhdudiyyətsiz səlahiyyət verilməsi və lazım gələrsə, güc tətbiqi ilə istədiyini həyata keçirməkdir.