AZ

Azərbaycan radiosunun binası sökülür

Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.

"Cebheinfo.az" xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək.

AzTV-nin mətbuat xidməti faktı təsdiqləyib.

Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:

“Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.

"Cebheinfo.az" 

Seçilən
117
31
cebheinfo.az

10Mənbələr