AZ

Beynəlxalq Muğam Mərkəzi mövsümü Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı ilə açacaq

Bakı, 3 sentyabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzi mövsümü Milli Musiqi Gününə həsr olunmuş geniş konsert proqramı ilə açacaq.

Bu barədə AZƏRTAC-a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-də keçiriləcək konsert proqramında mərkəzin iki kollektivi - Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri ( bədii rəhbər və baş dirijor Prezident təqaüdçüsü Mustafa Aşurov) və Cahangir Cahangirov adına Xor ( bədii rəhbər Əməkdar müəllim, Prezident təqaüdçüsü Təranə Yusifova) çıxış edəcək . Proqrama dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri daxildir.

Konsertdə görkəmli bəstəkarın ölməz əsərləri ifa olunacaq, operaları və operettaları əsasında maraqlı kompozisiyalar təqdim ediləcək.

 

 

Seçilən
93
1
azertag.az

2Mənbələr