Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Mingəçevir"in qeyri-rəsmi idarəçisi Vüqar Hüseynzadənin komandaya gətirdiyi legionerlər baş məşqçi Ramiz Məmmədovun ümidlərini doğrultmayıblar.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar 25 yaşlı qanalı vinger Cona Attukeye və qambiyalı yarımmüdafiəçi Bakari Ceitedir.
Hazırda sözügedən oyunçuların komandadan göndərilməsi gündəmdədir. Onu da qeyd edək ki, bu, ilk belə hal deyil. Ötən ay Hüseynzadənin şəxsən əlaqə saxlayaraq komandaya dəvət etdiyi müdafiəçi Rüstəm Nuriyev də "işıqçılar"la 1+1 illik müqavilə bağlamasına rəğmən, Məmmədov tərəfindən yola salınmışdı.
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.