AZ

Hamlet İsaxanlı: “Yeni rektor əmim oğlunun qızıdır

"15 ildir Xəzər Universitetinə təyin olunan rektorların hamısı xaricdən dəvət olunmuşdu. Birinci rektor Nyu-York Dövlət Universitetindən, ikinci Ohayodan, üçüncü isə Yeni Zelandiyadan gəlmişdi. Bu dəfə isə öz məzunumuzun namizədliyi üzərində dayandıq".

Yenisabah.az teleqraf-a istinadla xəbər verir ki, bunu Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı deyib.

O, yeni rektorun bütün fəaliyyətinin universitetlə bağlı olduğunu vurğulayıb: Marqarita pizza

"2010-cu ilə qədər universitetdə qurucu rektor kimi fəaliyyət göstərmişəm. Elə həmin ildən qərara gəldim ki, daha çox strateji məsələlərlə məşğul olum və rektor vəzifəsinə yeni şəxslər təyin edilsinlər. Bu məqsədlə həm özümüz namizədlər axtarır, həm də təkliflərə açıq oluruq. Proses, adətən, uzun çəkir, çünki hər bir namizədlə görüşlər keçirir, fikirləri dəyərləndiririk. Xaricdən və ölkə daxilindən namizədlərimiz olur.

Nizamnaməyə əsasən, rektoru Direktorlar və Qəyyumlar Şurası təsdiqləyir. Bu dəfə Raziyə xanımın üzərində dayandıq.

Onun bütün fəaliyyəti Xəzər Universiteti ilə bağlı olub. Bakalavr, magistr təhsilini fərqlənmə ilə bitirib. Universitetdə müəllim kimi çalışıb. Dəfələrdə xarici ölkələrdə təcrübə keçib. Təhsilini xaricdə davam etdirməsi üçün biz onu Finlandiyaya göndərmişdik. Orada doktorluq dərəcəsini uğurla müdafiə etdi. Qayıtdıqdan sonra Raziyə xanım fakültə dekanı seçildi. Son dərəcə fəal və təşəbbüskar bir insandır, ingilis dilini əla bilir".

Hamlet İsaxanlı yeni rektorun onun qızı olması barədə yayılan fikirlərə də münasibət bildirib:

"O, mənim qızım deyil, lakin qohumumdur və bunun məsələ ilə heç bir əlaqəsi yoxdur. Raziyə xanım əmim oğlunun qızıdır, qeyri-adi dərəcədə qabiliyyətli insandır. İndiyədək bu vəzifədə olanların heç biri mənim qohumum və ya tanışım olmayıb".

Qeyd edək ki, Xəzər Universitetinə yeni rektor təyin edilib. Bu posta Raziyə İsayeva gətirilib. İsayeva bundan əvvəl universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.


Telegram kanalımız
Seçilən
89
17
yenisabah.az

10Mənbələr