AZ

Zakir Həsənov Vyetnamın Hərbi Dəniz Qüvvələri komandanlığı ilə görüşüb – FOTO 

Sentyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında olub.

Doğru.az xəbər verir ki, əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər abidəsi” və Prezident Ho Chi Minh mavzoleyi ziyarət edilib, abidələrə əklillər qoyulub.

Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. Görüş zamanı hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sonda general-polkovnik Zakir Həsənov HDQ briqadasına və “Ha Long” buxtasına baş çəkib, yaradılan şəraitlə tanış olub.

DOĞRU.AZ

image-17568897893877350464_1200x630 image-17568897892733357754_1200x630 image-17568897892719752855_1200x630 image-1756889789220149592_1200x630

Seçilən
24
27
dogru.az

10Mənbələr