AZ

“ABŞ qoşunları Avropada qalmalıdır”- Karis

Estoniya Prezidenti Alar Karis ABŞ-ın Avropadakı hərbi mövqeyi ilə bağlı açıqlama verib.

News365.az “Reuters”ə istinadla bildirir ki, Karis bildirib ki, Avropada ABŞ qoşunlarının yalnız sərhəd bölgələrində deyil, həmçinin Almaniya, Polşa və digər ölkələrdə qalması vacibdir. O əlavə edib ki, bu mövzu ilə bağlı Amerikalıları razı salmaq məqsədilə baş katiblə danışıqlar aparılıb.

Qeyd edək ki, Bundestaqdakı Xristian Demokratlar Partiyasının (CDU/CSU) lideri Yens Spahn əvvəlcə ABŞ qoşunlarının Avropanı qısa müddətdə tərk edə biləcəyini bildirmişdi.

News365.az

Seçilən
86
news365.az

1Mənbələr