AZ

Estoniya ABŞ qoşunlarının Avropanı tərk etməsinə icazə verməyəcək

"Amerikalıları razı salmaq üçün bu məsələni baş katiblə müzakirə etdik".

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Estoniya prezidenti Alar Karis deyib.

"Mən əmin olmalıyam ki, ABŞ qoşunları Avropada təkcə sərhəddə deyil, həm də  Almaniyada, Polşada və digər yerlərdə qalsın. Amerikalıları razı salmaq üçün bunu baş katiblə müzakirə etdik", - Karis qeyd edib.

Qeyd edək ki, Bundestaqdakı Xristian Demokratlar Partiyasının (CDU/CSU) lideri  Yens Spahn bəyan edib ki, Amerika qoşunları qısa müddətdə Avropanı tərk edə bilər.

Gülşən Şərif

Seçilən
93
1
bakivaxti.az

2Mənbələr